waplog

“Apple” qurğuları Kanada və Avropada təmir ediləcək


“Apple” korporasiyası rəqəmli texnikanın təmiri ilə məşğul olan 140-dan çox kənar şirkətin hazırda onun istehsal etdiyi qurğuların icazəli təmirinə imkan verən proqramda iştirak etməsini açıqlayıb. İyulun 8-dən etibarən Kanada və Avropada yerləşən emalatxanalar proqramda iştirak edə biləcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, proqram müstəqil təmir emalatxanalarına “iPhone” smartfonları üçün sertifikatlaşdırılmış zəmanətli xidmət, məsələn, displey modulu və ya akkumulyatorun dəyişdirilməsini təklif etməyə imkan verir. İştirakçı şirkətlər “Apple Store” mağazaları və “Apple” tərəfindən icazəli xidmət tədarükçüləri kimi eyni orijinal ehtiyat hissələri, alətlər, təlim vəsaitləri, təmir və diaqnostika üzrə təlimatlardan istifadə edəcəklər.

 

Proqramın şərtlərinə görə, müstəqil emalatxanaların ştatında “Apple” tərəfindən sertifikatlaşdırılan təmiri aparacaq mütəxəssis mövcud olmalıdır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL