waplog

“Intel” korporasiyası olduqca sürətli “Thunderbolt” interfeysini yeniləyib


“Intel” şirkəti olduqca sürətli “Thunderbolt” interfeysinin dördüncü nəslini təqdim edib. Yenilənmiş giriş-çıxış interfeysinin yeni nəslində az sayda təkmilləşdirmə həyata keçirilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, texniki cəhətdən “Thunderbolt 4” interfeysi daha sürətli olmayıb. Həm dördüncü, həm də üçüncü nəsil məlumatların ötürülməsi üzrə eyni maksimal sürəti (40 Qbit/s-dək) təmin edir. Eyni zamanda “Intel” korporasiyası interfeysin yeni versiyası ilə işləyən sistemlər üçün minimal tələbləri yeniləyib.

 

İndi “Thunderbolt 4” interfeysinə malik kompüterlərə 4K təsvir ölçülü ən azı iki kənar monitor qoşmaq olar, halbuki “Thunderbolt 3” interfeysində bu göstərici 1-ə bərabərdir. “PCIe” protokolu üzrə qoşulmanın sürəti 2 dəfə (32 Qbit/s-dək) yüksəlib, deməli, kənar SSD daşıyıcıları indi daha sürətli işləyəcək. “Thunderbolt 4” interfeysi ilə təchiz edilmiş noutbuklarda portlardan ən azı biri akkumulyatorun enerji ilə doldurulması üçün istifadə ediləcək.

 

“Thunderbolt 4” interfeysində, həmçinin yaddaşa birbaşa müdaxilə tipli hücumlara qarşı daxili müdafiə vasitəsi reallaşdırılıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL