waplog

“Apple” planşetlər üçün prosessorlar bazarında ən böyük paya sahibdir


“Strategy Analytics” şirkəti hesablama apararaq ilin ikinci rübündə planşet kompüterləri üçün proqram prosessoru tədarükçülərinin mədaxilinin 2019-cu ilin analoji dövrü ilə müqayisədə 2 faiz artmasını açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, hesablamaya görə, istehsalçıların gəliri 449 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin birinci rübündə bu göstərici 440 milyon dollara bərabər olub.

 

Planşetlər üçün prosessorların satışından ümumi mədaxil həcminin 46 faizi “Apple” şirkətinin payına düşür. Aparıcı tədarükçülər siyahısında ikinci yerdə 17 faizlə “Intel” qərarlaşıb. Liderlər üçlüyünü nəticəsi 16 faizə bərabər “Qualcomm” tamamlayıb.

 

Bildirilir ki, ən böyük tədarükçülər beşliyinə “MediaTek” və “Samsung” şirkətləri də daxildir. Yalnız onlar illik hesablamada çiplərin tədarük həcmini artırmağa nail olublar.

 

“Strategy Analytics” mütəxəssislərinin fikrincə, yaxın gələcəkdə istehlakçılar tərəfindən planşetlərə maraq artacaq. Bu, yeni koronavirus infeksiyasının yayılması ilə əlaqədardır: pandemiya məktəbli və tələbələrin distansiyalı təhsilə keçməsinə, əksər şirkətlərin əməkdaşlarının isə məsafədən işləməsinə səbəb olub. Bu, kompüter qurğularına əlavə tələbata gətirib çıxarıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL