Hollandiyalı professor İnformasiya Texnologiyaları İnstitutunun qonağı olub
Hollandiyanın Tvente Universitetinin professoru Pit Komers AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) qonağı olub. Öncə AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev qonağa institutun fəaliyyəti, burada aparılan elmi-tədqiqat işləri və innovativ layihələr haqda ətraflı məlumat verib.
Görüşdə İKT-nin humanitar elmlərdə tətbiqi, sosial medianın tədrisi, sosial media və şəbəkələrdə “data-mining” texnologiyasının tətbiqi məsələləri müzakirə olunub.
Həmçinin, UNESCO-nun layihəsi çərçivəsində müəllimlərin İKT biliklərinin artırılması ilə bağlı müzakirələr aparılıb, İTİ ilə Tvente Universiteti arasında kadr mübadiləsinin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Qonaq Hollandiyada İKT-nin inkişafı və onun sahələr üzrə tətbiqinin əhəmiyyətli məsələlərdən olduğunu, bu istiqamətdə tədqiqatlar aparıldığını vurğulayıb.
P.Komers institutun fəaliyyətini yüksək qiymətləndirib, Hollandiya ilə Azərbaycan arasında İKT üzrə birgə layihələrin həyata keçirilməsində, əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL