waplog

“Snapdragon 865 Plus” platformalı “Xiaomi” smartfonu buraxılacaq


Çinin “Xiaomi” şirkəti “M2007J1SC” kod adı ilə qeydə alınan qabaqcıl smartfon hazırlayır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, Çinin məşhur “Digital Chat Station” texnoloji bloqunun məlumatına görə, smartfon bu həftə nümayiş olunan qabaqcıl “Snapdragon 865 Plus” prosessoru ilə təchiz ediləcək. Çipə 3,1 QHs takt tezlikli bir “Kryo 585 Prime” nüvəsi, 2,42 QHs tezlikli üç “Kryo 585 Gold” nüvəsi, eləcə də 1,8 QHs tezlikli dörd “Kryo 585 Silver” nüvəsi daxildir. Bundan başqa, prosessor yüksək məhsuldarlıqlı “Adreno 650” qrafik sürətləndiricisinə malik olacaq.

 

Məlumata görə, yeni qurğu 120 giqaherslik yeniləmə tezlikli ekranla təchiz ediləcək. Smartfonun 6,5 düym diaqonallı “Full HD” formatlı ekrana malik olacağı gözlənilir. Həmçinin smartfon “5G” mobil şəbəkələrində işləyəcək.

 

Bildirilir ki, rəsmi təqdimatı avqusta planlaşdırılan qurğu artıq Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyində (Ministry of Industry and Information Technology, MIIT) sertifikasiyadan keçib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL