waplog

“Huawei” yeni smartfonunu təqdim edib


“Huawei” şirkəti “P40 Pro ” adlı qabaqcıl smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, aparat 2640x1200 piksel təsvir ölçülü 6,58 düymlük OLED displey və daxili daktiloskopik sensorla təchiz edilib. Ekranın yeniləmə tezliyi 90 hers təşkil edir. “Huawei P40 Pro ” smartfonu daxili “5G” modeminə malik “Kirin 990 5G” prosessoru, 8 QB əməli yaddaş və 512 QB daxili yaddaşla təchiz edilib. Cihaz saniyədə 2400 meqabitədək məlumat ötürmə sürətilə simsiz rabitəni təmin edən “Wi-Fi 6 ” dəstəyinə malikdir.

 

Qabaqcıl cihazın arxa panelində 50, 8, 8 və 40 meqapiksellik və 3D sensorlu obyektivə malik “Leica” kamerası quraşdırılıb. Genişformatlı obyektiv “SedecimPixel” texnologiyasını dəstəkləyir, bunun sayəsində kameranın həssaslığı ISO 51200 göstəricisinə kimi yüksəlir. “SuperZoom” obyektivi 10 qat optik və 100 qat rəqəmli böyütməni təmin edir. Ön kameranın təsvir ölçüsü 32 mp-dir.

 

“P40 Pro ” smartfonuna “AppGallery” proqramlar mağazası quraşdırılıb. Cihaz 40 vatt gücündə sürətli enerjidoldurma dəstəkli 4200 milliamper/saat tutumunda akkumulyatora malikdir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL