waplog

On dörd düym ekranlı “Apple” noutbuku buraxılacaq


“Apple” şirkəti növbəti ildə “MacBook Pro” seriyalı noutbukların istehsalını bərpa edərək 14 və 16 düym diaqonallı ekranla təchiz edilən modellərin buraxılışına başlayacaq. Bu barədə yeni “Apple” qurğuları barədə düzgün proqnozları ilə tanınan “TF International Securities” şirkətinin analitiki Min Çi Kuonun proqnozunda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, analitikin gözləntisinə görə, “Intel” həllərinə deyil, “Apple” texnologiyasına (Apple Silicon) malik “ARM” prosessorlu ilk kompüter ilin sonunadək buraxılacaq 13,3 düymlü “MacBook Pro” olacaq. 2021-ci ilin əvvəlində isə yenilənmiş “MacBook Air” noutbuku işıq üzü görəcək. Ehtimallara görə, modelin ilkin komplektləşdirməsi “ARM” çipi sayəsində ucuz başa gələ bilər.

 

Bildirilir ki, 2021-ci ildə yeni “MacBook Air” ilə yanaşı, “Apple Silicon” kristal sistemli 14 və 16 düymlük modellərin buraxılışı gözlənilir. 13,3 düymlük modellə müqayisədə noutbukların fiziki ölçüləri dəyişməz qalsa da, diaqonal ekranın ətrafındakı çərçivələrin kiçildilməsi sayəsində artacaq.

 

Xatırladaq ki, iyunda “WWDC 2020” konfransında “Apple” şirkəti “Intel” ilə 2006-cı ildən davam edən çoxillik əməkdaşlığın tezliklə sona çatacağını bəyan edib. Belə ki, hazırda növbəti nəsil “Mac” noutbuk və kompüterlərinə “x86” arxitekturalı “Intel” həlləri deyil, “Apple” şirkətinin “ARM” çipləri quraşdırılacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL