waplog

Yeni “Bluetooth” çipi sayəsində simsiz klaviaturalar 10 il müddətində işləyəcəklər


Mobil və şəbəkə mikroçipləri istehsalçısı Broadcom yeni “Bluetooth” çipset  üzərində işləyir. Yeni çipset sayəsində müasir klaviaturalar simsiz rejimdə qidalandırma elementləri əvəz olunmadan 10 il müddətində işləyə biləcəklər.

Şirkətin bəyanatında qeyd edilib ki, yeni çipsetin enerji istehlakı o qədər aşağıdır ki, o, standart batareyalar ilə 10 il müddətində işləyə bilər.

Yeni çipset  klaviaturalardan əlavə, kompyuter “siçan”larında, televizorlar üçün aktiv “3D”-eynəkdə, oyun kontrollerləri və məsafədən idarəetmə pultlarında istifadə edilə bilər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL