waplog

“LG” şirkəti “Android 10” sistemi ilə işləyən yeni smartfonunu təqdim edib


"LG" şirkəti "Aristo 5" adlı başlanğıc səviyyəli yeni modelini təqdim etməklə öz smartfon çeşidini genişləndirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, smartfon "HD " (1520x720 piksel) təsvir ölçülü 5,7 düymlük ekranla təchiz edilib və ön paneldə 5 meqapiksellik ön kamera modulu üçün kəsik var. Qurğu 8 nüvəli "MediaTek Helio P22" prosessoru, 2 QB əməli yaddaşa malikdir. Modelin daxili daşıyıcısının tutumu 32 QB təşkil edir. İstehsalçı əməliyyat sistemi kimi "Android 10" platformasından istifadə edib.

 

Qurğunun arxa qapağında 13 (əsas) və 5 meqapiksellik (genişbucaqlı obyektiv) təsvir ölçülü sensorlardan ibarət əsas kamera bloku yerləşdirilib. Aşağı hissədə aparatı blokdan çıxartmaq üçün barmaq izləri skaneri quraşdırılıb. 3000 milliamper/saat tutumlu akkumulyatorun enerji ilə doldurulması və FK-ə qoşulma "Micro-USB" portunun köməyi ilə həyata keçirilir.

 

ABŞ ərazisində artıq satışa çıxarılmış "LG Aristo 5" aparatının qiyməti 160 dollar təşkil edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL