waplog

“iPhone SE” modelindən ucuz smartfon buraxılacaq


ABŞ-ın “Apple” şirkəti yeni “iPhone SE” modelindən ucuz olacaq smartfon buraxmaq niyyətindədir. Bu barədə “MauriQHD” şəbəkə insayderinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, yeni qurğu brendin əvvəlki qabaqcıl modellərindən birinə oxşar dizayna malik olacaq.

 

Məlumata görə, qiymət Çinin orta seqmentli (200-300 dollar) smartfonları səviyyəsində olacaq.

 

Yeni smartfon nə müasir prosessor, nə güclü akkumulyator, nə də böyük ekranla təchiz ediləcək. Lakin buna baxmayaraq ucuz “iPhone” modelinin inkişaf etməkdə olan ölkələrin bazarlarında populyarlıq qazanacağı gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL