waplog

“Oppo” şirkəti 20 dəqiqə ərzində smartfonu enerji ilə tam doldurmağa imkan verən texnologiya təqdim edib


Sürətli enerjidoldurma texnologiyası sahəsində qabaqcıl liderlərdən biri olan Çinin “Oppo” şirkəti 125 vatt gücündə yeni enerjidoldurma texnologiyasını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, “Oppo” şirkətinin yeni texnoloji həlli 20 dəqiqə ərzində 4000 milliamper/saat tutumunda smartfonun batareyasını enerji ilə tam doldurmağa imkan verir, 5 dəqiqə ərzində akkumulyator 41% enerji toplayır. Bu göstəricilər “Oppo” şirkətinə məxsus əvvəlki rekordu (30 dəqiqə ərzində tam enerjidoldurma mümkün idi) üstələyir. Şirkət yeni texnologiyanı dəstəkləyən smartfonların bazara çıxarılma müddəti haqqında hələ ki heç bir məlumat verməyib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL