waplog

“Samsung” şirkəti “Galaxy M01s” adlı yeni ucuz smartfonunu təqdim edib


"Samsung" şirkəti 4000 milliamper/saat tutumlu batareya və "Helio P22" prosessoru ilə təchiz edilmiş "Galaxy M01s" adlı yeni ucuz smartfonunu təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "digger.ru" saytına istinadən yazır ki, qurğu HD təsvir ölçülü 6,2 düymlük böyükölçülü maye kristal ekran və 8 mp-lik ön kamera ilə təchiz edilib.

 

Arxa paneldə iki kamera (13 2 mp) və barmaq izlərinin skaneri yerləşdirilib.

 

Smartfon "MediaTek Helio P22" prosessoru, 3 QB əməli yaddaş və 32 QB daxili yaddaşla təchiz edilib. "Galaxy M01s" smartfonu "One UI Core 1.1" interfeysli "Android 9 Pie" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir, smartfon "micro-USB" portu vasitəsilə enerji toplayır.

 

"Samsung Galaxy M01s" smartfonu artıq Hindistanda satışa çıxarılıb və qiyməti 220 AZN təşkil edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL