waplog

“HUAWEI” şirkətinin sürücüsüz “5G” avtomobilləri koronavirusla mübarizədə kömək edir


Koronavirus pandemiyası bəşəriyyəti bir çox adi şeyləri yenidən nəzərdən keçirməyə məcbur edib. Məsələn, robotlar restoranlarda sifarişlərin verilməsi və elmi eksperimentlərin keçirilməsi ilə məşğul olublar. Beşinci nəsil şəbəkələrini dəstəkləyən sürücüsüz avtomobillərini ictimai yollara buraxmış “HUAWEI” şirkəti də xəstəliyin yayılması ilə mübarizədə iştirak edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “HUAWEI” şirkətinin sürücüsüz avtomobilləri Tailandda hərəkət etməyə başlayıb. Sözügedən regionda 3000-dən bir qədər çox “COVID-19” yoluxması qeyd alınmasına baxmayaraq, yerli hakimiyyət sayıqlığı itirmir və xəstəliyin ikinci dalğasına hazır olmaq üçün mümkün olan hər şeyi edir. Məhz bu məqsədlə Çin şirkətinin “5G” sürücüsüz avtomobillərindən istifadə olunur. Onların köməyi ilə ölkənin ən köhnə və ən böyük xəstəxanalarından birinə dərmanların çatdırılması həyata keçirilir.

 

“HUAWEI”nin avtomobilləri dərmanların vaxtında çatdırılmasını və koronovirus xəstələrinə ilk yardımın göstərilməsi üçün lazım olan hər bir şeyi təmin etməklə logistikanı xeyli yaxşılaşdırmağa kömək edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL