waplog

“Gmail” xidmətinin “Android” versiyasında videozəng funksiyası əlçatan olub


“Google” şirkəti videozəng xidmətlərinin populyarlaşmasına səbəb olan “COVID-19” pandemiyası şəraitində öz məhsullarına “Google Meet” xidmətini aktiv quraşdırmağa başlayıb. Bu həftə sözügedən xidmət “Gmail” elektron poçt platformasının “Android” əməliyyat sistemi üçün versiyasına quraşdırılıb: artıq birbaşa mobil tətbiqdən zəng etməyə və onları qəbul etməyə imkan verən ayrı bir bölmə əlçatan olub. Bundan əvvəl müvafiq funksiya “Gmail”in “iOS” versiyasına əlavə edilmişdi.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Meet” bölməsində zənglərin tarixçəsinə baxmaq, təqvimdə videogörüş planlaşdırmaq, xüsusi kod üzrə artıq başlanmış konfransa qoşulmaq olar. Söhbət zamanı ekranı başqa istifadəçiyə göstərmək mümkündür.

 

“Gmail” elektron poçt xidmətinin yenilənmiş versiyası (2020.06.28.320626991) yaxın 15 gündə bütün istifadəçilərə əlçatan olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL