waplog

Dünya əhalisinin yarısı sosial şəbəkələrdən istifadə edir


2020-ci ilin iyulunda dünyada sosial şəbəkə istifadəçilərinin sayı 3,96 milyard nəfərə çatıb. Bu o deməkdir ki, “Facebook”, “Instagram”, “TikTok”, “Twitter” və digər servislərin ümumi auditoriyası tarixdə ilk dəfə Yer kürəsi əhalisinin yarısını (7,79 milyard) üstələyib. Bu rəqəmlər “We Are Social” agentliyi və “Hootsuite” alətinin tərtibatçıları tərəfindən hazırlanan hesabatda yer alıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, analitiklər təkcə qeydiyyatdan keçən istifadəçilərin sayını deyil, həm də aktiv auditoriyanın – sosial şəbəkələrə ayda azı bir dəfə daxil olanların hesablamasını aparıblar. Bundan başqa, reallıqda sosial şəbəkə platforması istifadəçilərinin sayı daha çoxdur, çünki əksər servislər tərəfindən 13 yaşdan kiçik uşaqların qeydiyyata alınması qadağan edilib.

 

Hesabata görə, 2019-cu ilin iyulundan 2020-ci ilin iyulunadək aktiv sosial şəbəkə istifadəçilərinin sayı 10,5 faiz (artım 376 milyon nəfər) artıb. Demək olar, bütün istifadəçilər – 99 faiz və ya 3,91 milyard onlara mobil qurğular vasitəsilə daxil olur.

 

Bu gün dünyada ümumi internet auditoriyasının həcmi 4,57 milyard nəfər (Yer kürəsi əhalisinin təxminən 60 faizi) təşkil edir. Son ildə ilk dəfə 346 milyon nəfər (artım 8,2 faiz) onlayn daxil olub. İstifadəçilər internetdə gündəlik orta hesabla 6 saat 42 dəqiqə keçirirlər.

 

Ən böyük artımı “Instagram” və “LinkedIn” şəbəkələri nümayiş etdirib. Son üç ayda “Instagram”a gündə 1 milyon yeni istifadəçi qoşulub. Hazırda “Instagram” istifadəçilərinin sayı 1,08 milyard nəfərdən çoxdur. Bu müddət ərzində “LinkedIn” şəbəkəsinin istifadəçi bazası 25 milyon artaraq 700 milyon nəfərə çatıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL