waplog

Çində dünyanın ən uzun “3D” körpüsü qurulub


Çinin şimalında yerləşən Hebey Politexnik Universiteti ən uzun üçölçülü körpünün yaradılması üzrə yeni dünya rekorduna imza atıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “3D” texnologiyası vasitəsilə inşa edilən 28,1 metrlik konstruksiya iyulun 21-də “Ginnesin Rekordlar Kitabı” tərəfindən sertifikatlaşdırılıb. Rekordçunun prototipi qismində 1400 ildən çox tarixə malik Hebey əyalətindəki Çjaoçjoutsyao tağşəkilli daş körpüsü çıxış edib.

 

Körpü strukturunun 1:2 miqyaslı “3D” çap prosesi Hebey Politexnik Universitetinin professoru Ma Qoveyin başçılıq etdiyi tədqiqat qrupu tərəfindən həyata keçirilib.

 

Antszitsyao kimi də tanınan Çjaoçjoutsyao körpüsü Hebey əyalətinin Çjaosyan qəzasında Syaohe çayı üzərində qurulub. O, Sui sülaləsi dövründə tikilib (581-618-ci il).

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL