Britaniya idmançısı özünü internet-hərracda satır
Britaniya atleti Ceyms Ellinqton (James Ellington) özünü “eBay” internet-hərracına qoyub. Bu yolla o, 2012-ci il yay Olimpiya oyunlarına hazırlıq üçün sponsor cəlb etmək istəyir.
26 yaşlı sprinter (qısa məsafəyə qaçış idmançısı) ciddi zədəyə görə adi üsulla müqavilə bağlaya bilməyib. Hal-hazırda cənab Ellinqton yarışlara hazırdır, lakin pul yoxdur. Məhz buna görə o, sponsor cəlb edilməsinin qeyri-adi üsuluna - veb-hərrac vasitəsinə əl atıb.
Ceyms Ellinqton 30 min funt-sterlinq əldə etməyi hesablayır. Bu pul onun şəxsi xərcləri, idman təchizatı, yaşamı və s. üçün lazımdır. Hərracın bitməsinə 9 gün qalır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL