waplog

“Messenger”ə biometrik eyniləşdirmə əlavə edilib


"Facebook" şirkəti "Messenger" proqramı üçün biometrik eyniləşdirmə funksiyasını təqdim edib. Funksiya artıq bu gündən "iPhone" və "iPad" qurğularında əlçatandır, "Android" sistemi üçün isə yenilik yaxın aylarda reallaşdırılacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Facebook" 2020-ci ilin əvvəlində "Messenger"də bloklama funksiyasının sınaqdan keçirildiyini təsdiq edib. Sosial şəbəkənin nümayəndələri əmindirlər ki, bu funksiya sayəsində istifadəçilər öz yazışmalarının təhlükəsizliyi haqqında narahat olmadan telefon və ya planşetlərini dostlarına və ya ailələrinə verə biləcəklər. Bir il bundan əvvəl "Facebook", həmçinin "WhatsApp" messenceri üçün biometrik blokdan çıxarma funksiyasını tətbiq edib.

 

Yeni funksiyanı aktivləşdirmək üçün "Məxfilik" bölməsinə daxil olmaq, sonra lazımi seçimi seçib "App Lock" funksiyasını aktiv etmək lazımdır. "Messenger" proqramından çıxdıqdan 1 dəqiqə, 15 dəqiqə və ya 1 saat sonra "App Lock" funksiyasını aktivləşdirmək olar.

 

2021-ci ildə sosial şəbəkə "Messenger"də "End-to-end encryption" şifrləməsini tətbiq edəcək. Hələ ki bunun üçün istifadəçilər xüsusi məxfi çat yaratmağa məcburdurlar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL