waplog

Hindistanda hərbi qulluqçulara “WhatsApp” qruplarına üzvlük qadağan edilib


Hindistan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin qulluqçularına "WhatsApp" messencerinin qruplarına üzv olmağı qadağan edib. Qadağa təhlükəsizlik baxımından tətbiq olunub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, hərbi qulluqçular "WhatsApp"dan ünsiyyət üçün istifadə edə bilsələr də, qruplara üzv olmaq qadağandır. Qərarın qəbul edilməsi üçün əsas kimi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) tərəfindən proqramdakı boşluqlar və onun yaratdığı təhlükələr barədə xəbərdarlığın edilməsi qeyd olunur.

 

Xatırladaq ki, iyulun əvvəlində Hindistan Silahlı Qüvvələrinin rəhbərliyi hərbi qulluqçulara 88 proqramdan, o cümlədən "Facebook", "Instagram", "Zoom", "True Caller", "Nimbuzz", "Line", "Helo", "Snow" və s. istifadəni qadağan edib. "Qara siyahı"ya, həmçinin bir müddət əvvəl Hindistan hökuməti tərəfindən ölkə ərazisində istifadəsi qadağan olunan bir sıra Çin proqramları (o cümlədən TikTok, WeChat, Beauty Plus və UC Browser) daxil edilib. Qadağanın tətbiqinin səbəbi kimi təhlükəsizlik və məlumat sızması ilə bağlı problemlər göstərilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL