waplog

Dünyada ən güclü smartfon təqdim edilib


"Asus" şirkəti tərəfindən təqdim edilmiş "ROG Phone 3" adlı oyun smartfonu "Qualcomm" şirkətinin məhsuldar prosessoru ilə təchiz edilib və oyun aksessuarlarını dəstəkləyir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, smartfon 2340x1080 piksel təsvir ölçülü 6,59 düymlük AMOLED displey və 144 hers yeniləmə tezliyə malikdir. Qurğu "Snapdragon 865 " prosessoru və 16 QB-dək əməli yaddaşla təchiz edilib və buna görə dünyada ən məhsuldar smartfonlardan biri hesab edilir. Aparat "UFS 3.1" standartına məxsus 512 QB-dək daxili yaddaşa malikdir.

 

Qurğunun arxa panelində 64, 13 və 5 meqapiksellik təsvir ölçülü və 8K videoçəkiliş imkanına malik üçqat kamera quraşdırılıb. "ROG Phone 3" aparatı 30 vatlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 6000 milliamper/saat tutumlu batareyaya malikdir. İstehsalçının məlumatına görə, istifadəçi ekranın yenilənmə tezliyini, çipin işləmə tezliyini, enerjidoldurmanın sürətini, fiziki oyun düymələrini tənzimləyə bilər.

 

"ROG Phone 3" xüsusi oyun aksessuarlarını dəstəkləyir. Məsələn, qurğuya onun korpusunu təxminən 4 dərəcə soyudan "AeroActive Cooler 3" yığcam kuleri əlavə edilə bilər.

 

8 QB-lıq əməli yaddaş və 256 QB-lıq daxili yaddaşa malik qabaqcıl cihazın qiyməti 800 avrodan başlayır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL