Biləsuvar rayonunda telekommunikasiya xidmətlərinin əhatə dairəsi genişləndirilir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti "COVID-19" pandemiyası dövründə də regionlarda telekommunikasiya xidmətlərinin keyfiyyətinin, dayanıqlığının və əhatə dairəsinin artırılması üzrə layihələrin icrasını davam etdirir.
Hazırda dayanıqlı telekommunikasiya infrastrukturunun formalaşması, internet xidmətlərindən daha çox vətəndaşın istifadə etmək imkanının yaradılması üçün Biləsuvar rayonu ərazisində əhəmiyyətli işlər görülür.
Əhatə dairəsinin genişləndirilməsi çərçivəsində Zəhmətabad kəndində yeni Elektron ATS quraşdırılaraq istifadəyə verilib.
Rayon mərkəzində Qarabağ müharibəsi qaziləri və şəhid ailələri üçün tikilmiş bir neçə yaşayış binasında yaşayan ailələrin sürətli internet xidməti ilə təmin edilməsi üçün fiber-optik kabel çəkilib.
Son dövrdə Mərkəzi Elektron ATS-də, İsmətli, Günəşli, Nəsimi, Əliabad, Xırmandalı, Bağbanlar kənd Elektron ATS-də internet istifadəçilərinin sayının artırılması və internetə qoşulmaq üçün müraciət edən vətəndaşların internetlə təmin olunması üçün yeni avadanlıqlar quraşdırılıb.
Eyni zamanda, rabitə xətlərinin texniki normaya salınması və digər profilaktik tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL