waplog

“iPhone 12” smartfonunun buraxılış tarixi açıqlanıb


Yeni “Apple” smartfonlarının buraxılış tarixi dəyişdirilə bilər. Bu barədə “9to5mac” nəşrinin “Macotakara” bloqunun hesabatına istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, “iPhone 12” modelinin buraxılışı noyabradək yubana bilər. Mənbələr yubanmanı koronavirus pandemiyası ilə izah edən bir neçə Çin tədarükçüsünə istinad edirlər. Onların məlumatına görə, şirkət tərəfindən oktyabrda “4G” dəstəkli, noyabrda isə beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) işləyən “iPhone 12” buraxılacaq.

 

Jurnalistlər qeyd edib ki, yeni məlumat sızması “Apple” şirkətinin 2020-ci ilin ikinci yarısında yalnız “5G” smartfonları buraxacağını bildirən tanınmış insayder Min-Çi Konun hesabatı ilə üst-üstə düşmür. Nəşr şirkətin “iPhone” istehsalı templərini bərpa etməsi ilə bağlı şayiələri də xatırladıb.

 

Bundan başqa, “9to5mac” nəşri “Twitter”də “iPhone 12” modelinin kiçiktutumlu akkumulyatorla təchiz ediləcəyi ilə bağlı dərc edilən məlumata diqqət yetirib. Məlumata görə, başlanğıc model 2775 milliamper/saat tutumlu batareyaya malik olacağı halda “iPhone 11” 3110 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.

 

Bundan əvvəl analitik Ceff Pu bildirib ki, “iPhone 12” seriyalı smarfonlar bahalaşacaq. Onun məlumatına görə, 5,4 düymlük “iPhone 12” modelinin qiyməti 749 dollar təşkil edəcək ki, bu da əsas “iPhone 11” modelinin qiymətindən 50 dollar bahadır. Bahalaşma “OLED” ekranların və “5G” texnologiyasının tətbiqi ilə izah edilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL