waplog

“Samsung”un smartfonları pasportu əvəz edə biləcək


“Samsung”un smartfonları Almaniya vətəndaşları üçün pasportu əvəz edəcək. Bu layihə üçün şirkət ölkənin Federal İnformasiya Təhlükəsizliyi İdarəsi, “Bundesdruckerei” və “Deutsche Telekom Security” şirkətləri ilə birgə işləyir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, tərəfdaşlar almanlara milli eyniləşdirmə vəsiqələrini smartfonlarda saxlamağa imkan verəcək təhlükəsiz sistemi işləyib hazırlayıblar. Bu imkan cari ilin sonunda istifadəçilərə əlçatan olacaq.

 

Məlumatların mühafizəsi aparat səviyyəsində reallaşdırılıb. “Samsung”un smartfonlarında təhlükəsizlik çipindən istifadə olunur.

 

Belə seçim “Samsung Galaxy S20”, “Samsung Galaxy S20 ” və “Samsung Galaxy S20 Ultra” modellərinin sahiblərinə əlçatan olacaq. Bu smartfonların sahibləri xüsusi proqram vasitəsilə öz ID-ni əlavə edə biləcəklər. Bunun sayəsində istifadəçilər asanlıqla dövlət xidmətlərindən istifadə edə bilərlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL