waplog

Köhnə smartfonlar “Android”in tam versiyasından məhrum olacaq


512 MB əməli yaddaşa malik rabitə qurğuları “Google”un mobil xidmətlərinə giriş imkanından məhrum olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, “Google” şirkəti smartfonlar üçün yeni texniki tələblərini açıqlayıb: “Android” sisteminin 11-ci versiyasının idarəetməsi altında işləyən və 512 MB əməli yaddaşa malik qurğular “Google”un mobil xidmətlərinə giriş imkanından məhrum olacaq. Siyahıda proqramlar mağazası, “YouTube”, xəritə və digər xidmətlər yer alıb.

 

Sənəddə, həmçinin deyilir ki, 2 QB və daha az əməli yaddaşa malik smartfonlar “Android”in tam versiyası ilə deyil, daha yüngül “Android Go” versiyasının idarəetməsi altında işləyəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL