waplog

Avropada “Honor Router 3” routeri satışa çıxarılıb


Bir neçə Avropa ölkəsində “Honor Router 3” simsiz marşrutlayıcısının satışlarına başlanılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, bu, “Honor” çeşidində “Wi-Fi 6” texnologiyasını dəstəkləyən ilk routerdir. Qeyd edək ki, istehsalçı tərəfindən “Router 3” qurğusu “Wi-Fi 6 Plus” adlandırılır. Bu, onun adi “Wi-Fi 6” ilə müqayisədə daha güclü siqnal təmin etməsi ilə izah olunur. Fərq 6 desibel təşkil edir ki, bu da daha çox əhatə dairəsini və daha dayanıqlı qoşulmanı təmin etməyə imkan verir.

 

Router iki tezlik diapazonunda işləməklə eyni anda 20-dək qurğunun simsiz qoşulmasını təmin edir. O, “WPA3” texnologiyasını dəstəkləyir. Simli hissədə “Router 3” qurğusunun konfiqurasiyasına bir “WAN” portu və 1 Qbit/saniyə sürətini dəstəkləyən üç “LAN” portu daxildir.

 

Artıq qiyməti 80 avro təşkil edən “Honor Router 3” marşrutlayıcısının Almaniya, Fransa, İspaniya və Niderlandda ilkin sifarişlərin qəbuluna başlanılıb. İtaliyada isə sifarişlərin qəbuluna iyulun 24-dən etibarən başlamaq nəzərdə tutulur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL