“Nokia” şirkəti, ehtimal ki, “Vertu” bölməsindən qurtulacaq
Veb-mənbələrin məlumatına əsasən, “Nokia” şirkəti lüks-telefonların istehsalı üzrə biznesinin satış imkanını müzakirə edir.
“Vertu” bölməsi 1998-ci ildə yaradılıb. Bu marka ilə olan mobil aparatlar bahalı materiallardan hazırlanır və qiymətli daşlarla bəzədilir. Qiyməti 300 min dollara qədər olan “Vertu”-telefonlar xüsusilə Rusiya, Asiya və Orta Şərqdə məşhurdur.
“Vertu” bölməsinin satışı üzrə sazişə “Goldman Sachs” bankının nəzarət edəcəyi bildirilir. Danışıqlar hələ ki başlanğıc mərhələsindədir.
“Vertu” markası dünyanın 60-dan çox ölkəsində təqdim edilib. Sazişin qiyməti haqqında informasiya hələlik yoxdur.
Güman edilir ki, “Nokia” şirkəti “Vertu” bölməsini satmaqla bütün diqqətini smartfon sahəsinin inkişafına cəmləmək istəyir. Hal-hazırda Finlandiya istehsalçısı “Android” və "Ayfon" istehsalçılarına uduzur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL