waplog

Alimlər insan gülüşündən təhlükəsiz biometrik parol hazırlayıblar


Dünyada on milyonlarla insan tərəfindən istifadə edilən "12345" və ya "qwerty" kimi parolların əvəzinə, biometrik təhlükəsizlikdən istifadə etmək daha məqsədəuyğundur, çünki hər bir insan bir neçə unikal biometrik imzaya malikdir. Biometrik təhlükəsizlik dedikdə çox vaxt barmaq izləri, gözün qüzehi və ya gözün torlu qişasının oxuyucuları, həmçinin səslə aktivləşdirilən sistemlər başa düşülür. "International Journal of Biometrics"də dərc edilmiş araşdırma insan gülüşündən biometriyada istifadəni nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Nigeriyanın Laqos Universitetinin Sistem Mühəndisliyi Bölməsinin alimləri insanların başqa insanları onların gülüşünün müqayisəedilməz xüsusiyyəti üzrə müəyyənləşdirə bilməsini aşkar ediblər. Səs və danışıq tərzindən fərqli olaraq insan gülüşü heç vaxt təqlid edilə bilməz.

 

Bundan sonra tədqiqatçılar insan gülüşündə rəqəmli imza hazırlamaq üçün müxtəlif səsli tezliklər müəyyənləşdiriblər.

 

Sınaqlar nəticəsində məlum olub ki, alqoritmin dəqiqliyi 90% təşkil edir ki, bu da Qauss küyünün adi modelinin 65% dəqiqliyindən xeyli fərqlənir. İstehsalçıların alqoritminin Qauss küyü ilə vəhdəti ümumi dəqiqliyi 5% yüksəldə bilər.

 

Beləliklə, insan gülüşü müxtəlif proqramlarda süni intellekt sistemlərinə inteqrasiya edilən və fərdi eyniləşdirmə üçün uyğun gələn biometrik funksiyadır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL