waplog

Kobaltsız akkumulyator smartfonları daha ucuz və davamlı etməyə imkan verir


Uzun illər olar ki tədqiqatçılar akkumulyatorların dəyərini azaltmaqla yanaşı, onların tutumunu da yüksəltməyə çalışırlar. Bu yaxınlarda amerikalı alimlər qrupu enerji sıxlığını artırmaqla yanaşı, həm də batareyaları daha davamlı və ucuz edə bilən yeni kobaltsız batareyanın hazırlanması uğurunu bölüşüblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, kobalt müasir batareyaların tərkibinə daxil olan ən bahalı minerallardan biri hesab edilir. Bir ton kobaltın standart dəyəri 28500 dollardır. Bu, nikel, manqan və alüminiumun birgə dəyərindən yüksəkdir. Bu halda kobalt litium-ion akkumulyatorlarda katodların tərkibinin 30%-ni təşkil edir.

 

Kobalt nisbətən ucuz nikellə əvəz edilib, indi katodun təxminən 89%-i nikeldən ibarətdir. Bu mineral sayəsində akkumulyatorun sıxlığını yüksəltmək mümkün olub ki, bu da öz növbəsində batareyanın istismar müddətinin artmasına gətirib çıxara bilər. Son nəticədə bu, bütün müasir qurğularda akkumulyatorların tutumunun artmasına gətirib çıxaracaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL