waplog

“Samsung” şirkəti “iPhone” üçün ən bahalı komponent hissələr tədarük edəcək


Cənubi Koreyanın “The Elec” nəşri “Samsung” şirkətinin “iPhone” modelləri üçün kamera tədarükçüsü qismində çıxış edəcəyi ilə bağlı məlumat dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, tədarüklərə bu il başlamaq nəzərdə tutulur. “iPhone 12” modeli 6P obyektivləri ilə təchiz olunacaq, növbəti il smartfonlarda 5P və 7P kameralarından istifadə ediləcək.

 

Bundan başqa, məşhur analitik Minq-Çi Kuo bildirib ki, “Samsung” buraxılışı 2022-ci ilə nəzərdə tutulan şərti “iPhone 14” üçün obyektiv periskoplar istehsal edəcək. “The Elec” nəşri bu informasiyanı təsdiq edib. Beləliklə, yaxın gələcəkdə “Samsung” şirkəti “iPhone” üçün ən bahalı komplekt hissələrinin tədarükçüsü qismində çıxış edəcək. Söhbət periskop obyektivlər və “OLED” ekranlardan gedir.

 

Qeyd edək ki, “Apple” şirkəti kamera texnologiyası baxımından bu istiqamət üzrə bazar liderlərindən geri qalır. Bundan əlavə, şirkət bu il bütün qabaqcıl smartfonlar seriyasını “OLED” matrisaları ilə təchiz etməyi planlaşdırır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL