waplog

“Google” işçilərinə 2021-ci ilin yayınadək evdən işləməyə icazə verilib


ABŞ-ın “Google” şirkəti işçilərin arzusuna görə onlara 2021-ci ilin iyulunadək distansiyalı rejimdə işləməyin davam etdirilməsinə icazənin verilməsi ilə bağlı qərar qəbul edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Interfax” resursuna istinadən yazır ki, şirkətin baş direktoru Sundar Piçainin əməkdaşlara müraciətində deyilir: “Əməkdaşların gələcəyi planlaşdırması üçün biz ofisdə olmanı tələb etməyən vəzifələr üçün 30 iyun 2021-ci il tarixinədək evdən könüllü işləmək imkanını uzadırıq”.

 

Baş direktor bildirib ki, “Google” şirkətinin müxtəlif ölkələrdə yerləşən 40-dan çox ofisi artıq fəaliyyətini bərpa edib.

 

Şirkət əvvəlcə işçilərin 2020-ci ilin sonunadək distansiyalı rejimdə işləyəcəyini bəyan etmişdi.

 

Pandemiya dövründə dünyada 16,4 milyon koronavirusa yoluxma faktı qeydə alınıb, xəstələnənlərin təxminən 650 mini həyatını itirib, daha 10 milyon isə sağalıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL