waplog

Yeni “Qualcomm” texnologiyası smartfonu 15 dəqiqəyə enerji ilə tam dolduracaq


"Android" smartfonları üçün "Snapdragon" brendli ən böyük prosessor istehsalçılarından olan "Qualcomm" şirkəti beşinci nəsil sürətli "Quick Charge 5" enerjidoldurma standartını təqdim edib. Yeni texnologiya əksər müasir smartfonların təchiz edildiyi 4500 milliamper/saat tutumlu akkumulyatoru sıfırdan 50 faizədək 5 dəqiqəyə, tam isə 15 dəqiqəyə dolduracaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, "Quick Charge 5" dünyada ən sürətli kommersiya enerjidoldurma həlli kimi təqdim edilir. Belə ki, 2017-ci ildə buraxılan dördüncü nəsil "Quick Charge 4" 2013-cü ildə işıq üzü görən ilk standartdan 2,5 dəfə sürətli olduğu halda yeni texnologiya ondan 10 dəfə sürətlidir.

 

"Qualcomm" nümayəndələrinin sözlərinə görə, ikielementli batareya arxitekturası "Quick Charge 4" ilə müqayisədə 100 vattadək gücü dəstəkləyir, 70 faiz daha çox enerji səmərəliliyini və daha az temperaturu (Selsi üzrə 10 dərəcə az) təmin edir. Bundan başqa, daha böyük elektronikanı eyni sürətlə doldurmağa imkan verən "USB-PD" (Power Delivery) standartı dəstəklənir.

 

Bildirilir ki, "Qualcomm" çip, modem və antenalarının bütün qabaqcıl "Android" smartfonlarında istifadə edildiyindən "Quick Charge 5" texnologiyasının daha geniş tətbiq ediləcəyi gözlənilir.

 

Şirkət artıq "Quick Charge 5" (SMB1396 və SMB1398) dəstəkli çip nümunələrinin tədarükünə başlayıb.

 

Yeni texnologiya ilə təchiz edilən ilk smartfonların payızda buraxılacağı gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL