waplog

Fransada dünyanın ən böyük istilik-nüvə reaktorunun yığılmasına başlanılıb


Fransanın cənubunda “ITER” adlı dünyanın ən böyük eksperimental istilik-nüvə reaktorunun yığılmasına başlanılıb. Onun 2025-ci ildə işə salınaraq ilk plazmanın əldə olunması planlaşdırılır. Avropa İttifaqı ölkələri, Çin, Rusiya, Hindistan, Koreya Respublikası, Yaponiya və ABŞ arasında beynəlxalq saziş əsasında yaradılan layihənin məqsədi istilik-nüvə enerjisinin sənaye miqyaslarında istifadəsini nümayiş etdirməkdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, layihənin dəyəri 20 milyard avro qiymətləndirilir. Çəkisi 23 min ton təşkil edəcək reaktor milyonlarla müxtəlif komponentdən, o cümlədən 3 min ton yüksək keçiricilik qabiliyyətli maqnit və 200 km yüksək keçiricilik qabiliyyətli kabeldən ibarət olacaq.

 

Məlumata görə, istilik-nüvə reaktoru layihəsi istilik-nüvə texnologiyalarından gələcəkdə bərpa olunan enerji mənbələri ilə birlikdə dinc və kommersiya məqsədləri üçün istifadənin nümayişinə və tədqiqinə imkan verəcək. “ITER” şirkətinin rəhbəri Bernard Biqo reaktorun yığılmasını üçölçülü krossvordun həlli ilə müqayisə edərək bunun üçün “İsveçrə saatı dəqiqliyi”nin tələb olunduğunu vurğulayıb.

 

İstilik-nüvə reaktorunda enerjinin yaradılması prosesi nüvə reaktorundan fərqli olaraq sintezə – atomların dağılmasına deyil, birləşməsinə əsaslanır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL