waplog

Pandemiya televizor istehsalına mənfi təsir edib


Koronavirus pandemiyası və onun ardınca baş verən iqtisadi sabitsizlik dünya televizorlar bazarına mənfi təsir göstərib. “ABI Research” analitik şirkətinin proqnozuna görə, 2020-ci ildə televizor istehsalı bir il əvvəllə müqayisədə 3 faiz azalacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, pandemiyanın səbəb olduğu mürəkkəb iqtisadi vəziyyət əksər insanların yeni televizorların alışından imtina edərək gündəlik tələbat mallarına üstünlük verməsi ilə nəticələnib. Bununla əlaqədar bu ilin birinci rübündə aparıcı televizor istehsalçıları tərəfindən tədarük həcmi illik ifadədə təxminən 18 faiz azalıb. Mütəxəssislər əmindir ki, bu vəziyyət ilin sonunadək davam edəcək.

 

Analitiklərin proqnozuna görə, 2020-ci ildə istehsalçılar tərəfindən 222 milyon televizor buraxılacaq ki, bu da 2019-cu ilin göstəricisindən 3 faiz azdır. Buna baxmayaraq mütəxəssislər 2021-ci ildən televizorlar bazarında artımın bərpa olunacağına ümid edirlər. 2025-ci ilədək tədarük həcminin orta hesabla 4,3 faiz artaraq hesabat dövrünün sonunda 275 milyon ədədə çatacağı gözlənilir.

 

Xatırladaq ki, mayda “WitsView” analitik agentliyi koronavirus pandemiyasının dünya televizorlar bazarının vəziyyətinə təsiri ilə bağlı proqnoz verib. Agentlik cari ilin sonunda televizorların tədarükünün 6 faiz azalacağını gözləyir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL