waplog

“Huawei” sanksiyalara baxmayaraq dünyada ən populyar smartfon istehsalçısı olub


Uzun illər “Samsung” dünyada ən populyar smartfon istehsalçısı olub. Son bir neçə ildə isə “Huawei” şirkəti birinci pilləni ələ keçirmək istəyirdi, amma müxtəlif səbəblərə görə buna müvəffəq olmurdu. Amma şirkət ABŞ sanksiyalarının sərt təzyiqi altında olduğu bir vaxtda Cənubi Koreya nəhəngini geridə qoyaraq birinci yeri tutmağa nail olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, yeni hesabata əsasən, 2020-ci ilin aprelindən iyun ayınadək olan bir dövrdə “Huawei” şirkəti 55,8 milyon smartfon tədarük edib, reytinqdə ikinci pilləni tutmuş “Samsung” şirkəti isə yalnız 53,7 milyon smartfon tədarük etməyə nail olub. “Huawei” şirkəti tərəfindən tədarük edilmiş smartfonların 50%-dən çoxu Çin bazarının payına düşüb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL