waplog

“Samsung” koronavirusun aşkarlanması üçün mərkəz açıb


"Samsung" koronavirusun aşkarlanması üçün mərkəz açmaqla belə laboratoriyaya malik ilk Cənubi Koreya şirkəti olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, şirkət əməkdaşlarının koronavirus infeksiyasının aşkarlanması üçün testlər aparacaq mərkəz Xvason şəhərində yerləşir. Laboratoriya Cənubi Koreya nəhənginin yarımkeçirici məhsullar istehsalı üzrə zavodun tərkibinə daxildir.

 

Məlumata görə, mərkəzdə həm nümunələrin toplanılması, həm də tədqiqatların aparılması və digər vəzifələrə görə məsul olan altı mütəxəssis çalışacaq. "Samsung" nümayəndələrinin sözlərinə görə, laboratoriya şirkətdə çoxlu mütəxəssisin çalışması səbəbindən koronavirus epidemiyası dövründə vaxta qənaətə xidmət edəcək.

 

Şirkət ölkənin digər şəhərlərində də analoji mərkəzlər açmağı planlaşdırır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL