waplog

“WhatsApp” göndərilən məlumatların həqiqiliyini yoxlamağa imkan verəcək


“WhatsApp” messencerində göndərilən məlumatlarda kontentin doğruluğunu müəyyənləşdirməyə imkan verən internet axtarışı funksiyası yaradılıb. Belə ki, istifadəçi ikioxlu bildirişin yanındakı böyüdücü şüşə nişanının üzərinə vuran (bu, onun kontakt siyahısından kənar şəxs tərəfindən yaradıldığını göstərir) zaman messencer “Google”da bu mövzu ilə bağlı xəbərlərdə və digər mənbələrdə informasiya axtaracaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, funksiya bildirişlərin brauzer vasitəsilə yüklənilməsi ilə işləməklə “WhatsApp”a məlumatlara çıxış imkanı vermir. Məsələn, sarımsağın koronavirus infeksiyasından qorumağa kömək etməsini bildirən link göndərilən zaman istifadəçi bu fikrin həqiqiliyini axtarış funksiyasında yoxlaya biləcək.

 

Yeni funksiya avqustun 3-dən etibarən Braziliya, Böyük Britaniya, İtaliya, İspaniya, İrlandiya, Meksika və ABŞ-da istifadəyə verilib. Ondan “Android” və “iOS” sistemli əlavələrdə, eləcə də “WhatsApp”ın veb-versiyasında yararlanmaq mümkündür.

 

Qeyd edək ki, apreldə “WhatsApp” administrasiyası ikioxlu işarə ilə göstərilən bildirişləri eyni anda yalnız bir çata göndərməyə icazə verib. Bu tədbir xüsusilə koronavirus pandemiyası dövründə yalan məlumatların yayılmasının qarşısını almaq məqsədi daşıyıb. “WhatsApp” nümayəndələrinin sözlərinə görə, məlumatların göndərilməsi üçün tətbiq edilən qadağadan 1 ay sonra dəfələrlə göndərilən bildirişlərin sayı 70 faiz azalıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL