waplog

“AMD” şirkəti noutbuklar üçün yeni prosessorlar istehsal edir


“AMD” şirkəti “A-Series” hibrid prosessorlar xəttinə portativ kompyuterlər üçün nəzərdə tutulmuş Llano ailəsinin 7 yeni modelini əlavə edib.

Təqdim edilmiş çiplər 32 nanometr texnologiya üzrə hazırlanırlar; yayılan istilik enerjisinin (TDP) maksimal qiyməti 35 və ya 45 Vattır. Prosessorlar “DDR3” yaddaş kontrolleri və “Radeon HD 6000” sinfinin inteqrasiya edilmiş qrafik kontrolleri ilə təchiz edilib. “DirectX 11” proqram interfeysini dəstəkləyirlər.

Yeni çiplər 2 və ya 4 hesablama nüvəsinə malikdirlər; ikinci səviyyə keş-yaddaşın tutumu 1, 2 və ya 4 MB-dir. Prosessorlar “FS1” konnektoruna quraşdırıla bilər; virtualizasiya vasitələrini və məhsuldarlığın artırılması  texnologiyasını dəstəkləyir. Nominal takt tezliyi 1,5-2,2 QHz.




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL