waplog

Kompüter “maus”unun ixtiraçısı dünyasını dəyişib


ABŞ-da ilk kompüter “maus”unun yaradıcılarından biri olan Uilyam İnqliş 92 yaşında nəfəs çatışmazlığından dünyasını dəyişib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, o, 1964-cü ildə Duqlas Enqelbart ilə işləməyə başlayıb və birlikdə kompüter “maus”unun nümunəsini hazırlayıblar. İlk öncə qurğu ekrandakı təsvirləri hərəkət etdirmək üçün nəzərdə tutulmuşdu. Cihaz şəkilləri şaquli və üfüqi hərəkət etdirməyə imkan verən bir düymə və iki çarxdan ibarət taxta parçasından ibarət idi.

 

Qurğu 1968-ci ildə San-Fransiskoda təqdim edilmişdi, ancaq yaradıcılar buna görə çox pul qazanmayıblar. Bütün uğur və əqli mülkiyyət hüquqlarına onların işə götürənləri yiyələnib.

 

1971-ci ildə Uilyam İnqliş “Xerox PARC” elmi tədqiqat mərkəzində işləməyə başlayır. O, orada “maus”da iki çarxı bir kürəciklə əvəz etmişdi. Belə model ötən əsrin 90-cı illərinədək aktual olub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL