waplog

“Google” smartfonlar üçün “Nearby Sharing” fayl paylaşma texnologiyasını istifadəyə verib


Bir neçə ay davam edən sınaqlardan sonra "Google" şirkəti "iPhone" smartfonlarında populyar olan "AirDrop" funksiyasının analoqunu istifadəyə verib. Artıq bir sıra "Android" qurğularında "Nearby Sharing" sürətli simsiz mübadilə texnologiyasından istifadə etmək mümkündür və tezliklə son bir neçə ildə təqdim edilmiş qurğuların əksəriyyətində əlçatan olacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, yeni funksiya bir-birinə yaxın məsafədə yerləşən və fərdi kompüter, kənar proqramlar, əlavə aksesuarlar və bulud xidmətlərindən istifadə etmədən "Android" smartfonları arasında böyük tutumlu məzmunu sürətli şəkildə ötürməyə imkan verir. Bu vəziyyətdə cihaz məzmunu göndərmək üçün ən uyğun gələn protokolu (Bluetooth, WebRTC və ya Wi-Fi) özü müəyyənləşdirəcək. İndi yeni funksiya yalnız "Samsung" və "Android 6 Marshmallow" ilə işləyən "Google" smartfonlarının sahiblərinə əlçatandır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL