waplog

Göydələnlərdə alovla mübarizə aparan yanğınsöndürən dron təqdim edilib


Hava taksisi kimi istifadə edilməsi planlaşdırılan sürücüsüz idarə olunan sərnişin dronu ilə tanınan Çinin "EHang" şirkəti onun əsasında hündür mərtəbəli binalarda yanğınların söndürülməsi üçün nəzərdə tutulmuş dron hazırlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "newsru.com" saytına istinadən yazır ki, dron yanğına qarşı köpüklə doldurulmuş 150 litr çənə və uzun su şırnağına malikdir. Kabinanın üstündə altı mərmidən ibarət yanğın əleyhinə "bombalar" üçün atıcı yerləşdirilib. Yüksək sürətlə uçan bu "bombalar" şüşələri dəlib keçən kəskin və bərk ucluğa malikdirlər. Dron nişanlama üçün lazer göstəricisinə və kameraya malikdir.

 

Hələ ki dron yarım avtonom rejimdə işləyə bilir. Bu o deməkdir ki, aparat yanğınsöndürmə stansiyasından söndürmə yerinə müstəqil uça bilir, lakin alovla mübarizə prosesini operator idarə edir. Şirkətin iddiasına görə, pilotsuz uçan aparat hündürlüyü 600 metrədək göydələnlərdə yanğını söndürə bilər. Qısamüddətli təqdimat çarxı pilotsuz uçan aparatın kiçik yanğınlarla mübarizədə səmərəli olduğunu göstərir.

 

Emil Hüseynov

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL