waplog

Operatorlar “5G” internetin real sürətini açıqlayıblar


Dördüncü nəsil mobil şəbəkələrlə müqayisədə "5G" baza stansiyaları qoşulma sürətinin xeyli artırılmasını vəd edir – bu yaxınlarda elektronika istehsalçıları 4,3 Qbit/s sürətinə nail olmağa müvəffəq olublar. Amma test laboratoriyasından kənarda bu göstərici adətən aşağı olur. Cənubi Koreyanın aparıcı rabitə operatorları yeni avadanlığın faktiki imkanları haqqında danışıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, statistika 2020-ci ilin yanvar-iyun ayları ərzində 3 telekommunikasiya şirkəti tərəfindən toplanılıb: "SK Telecom", "KT" və "LG Uplus". Bu operatorların şəbəkələrində orta yükləmə sürəti müvafiq olaraq 789, 652 və 528,6 Mbit/s təşkil edib.

 

İnsanların sıx olduğu yerlərdə fayllar təxminən 654 Mbit/s sürətlə yüklənilib. Tədqiqat pik vaxtlarda kitabxana, universitet, park, xəstəxana, terminal, metro və sərgi mərkəzləri daxil olmaqla ölkənin 11 min nöqtəsində keçirilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL