waplog

“Facebook” şirkəti “Instagram”da “TikTok” xidmətinin analoqunu istifadəyə verib


ABŞ-ın “Facebook” şirkəti “Instagram”da “TikTok”a oxşar “Reels” xidmətini istifadəyə verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, "“Instagram”da qısa əyləncəli videolar yaratmaq və izləmək üçün yeni “Reels” xidməti istifadəyə verdik" – “Facebook”un bəyanatında deyilir.

 

Məlumata görə, 15 saniyəlik çarxın çəkilməsi üçün “Instagram”ın mobil proqramında kameranı açmaq, bundan sonra aşağıdakı paneldən müvafiq funksiyanı seçmək lazımdır. Çarxların müəlliflərinə müxtəlif videomontaj alətləri və treklər kataloqundan səs yazıları əlçatandır.

 

“TikTok” xidmətində olduğu kimi, “Instagram Reels”də də videoçarxlar sosial şəbəkə istifadəçiləri üçün həm məxfi, həm də açıq ola bilər. Bundan başqa, proqrama hazır çarx yükləmək olar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL