waplog

Noutbuklar üçün “5G” modemi nümayiş olunub


Ötən il noutbuklar üçün "5G" modemin hazırlanması məqsədilə tərəfdaşlıq haqqında saziş imzalayan "MediaTek" və "Intel" şirkətləri əməkdaşlığın nəticəsi kimi "MediaTek T700 5G" modemini nümayiş etdiriblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, çipin real senarilərdə çoxlu testləri keçirilib və onun hazırlanması sonuncu mərhələdədir. Bundan başqa, bu modemlə təchiz edilən ilk noutbukların buraxılış tarixi açıqlanıb.

 

İlkin məlumatlara görə, noutbukların əsasını 6 QHs tezlik diapazonundan aşağı həm avtonom olmayan (NSA), həm də avtonom arxitekturalı "5G" şəbəkələrinin dəstəklənməsini nəzərdə tutan "MediaTek T700 5G" modemi təşkil edəcək. Çipin daha bir üstünlüyü onun yüksək enerji səmərəliliyinə malik olmasındadır.

 

Qeyd olunur ki, modem əsas sınaq, hazırlanma və layihələndirmə mərhələlərindən keçib, eləcə də real "5G" əhatə dairəsi şəraitində test olunub.

 

"Intel" və "MediaTek" çipli ilk kompüterlərin 2021-ci ilin əvvəlində işıq üzü görəcəyi gözlənilir. "5G" dəstəkli noutbuklar nümayiş etdirəcək potensial şirkətlər arasında "Dell" və "HP" qeyd olunur. Bir müddət əvvəl təqdim edilən "Dell Latitude 9510 2-in-1", "HP Elite Dragonfly G2" və "Lenovo Flex 5G" modellərində "Qualcomm" şirkətinin "5G" modemlərindən istifadə olunub.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL