waplog

Araşdırma: istifadəçilər “Windows 7”dən imtina etməyə tələsmirlər


“Microsoft” şirkəti 2020-ci ilin əvvəlində “Windows 7” əməliyyat sisteminin texniki dəstəyinin dayandırılması haqqında rəsmi açıqlama vermişdi. ABŞ şirkəti sözügedən sistemin texniki dəstəyini dayandırsa da, statistikaya əsasən, istifadəçilər masaüstü ƏS-nin aktual versiyasına keçməyə tələsmirlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “NetMarketShare” analitik resursunun məlumatına görə, “Windows 7” sisteminin idarəetməsi altında işləyən kompüter və noutbukların bazar payı son dərəcə cüzi templə azalır. İlin əvvəlində əməliyyat sistemi qurğuların 25,56%-nə quraşdırılmışdısa, indi bu göstərici 23,34% təşkil edir.

 

Eyni zamanda bu günlərdə 5 illiyini qeyd etmiş “Windows 10” sistemi 1 milyard aktiv istifadəçiyə sahibdir. Statistikaya görə, “Windows 10” sistemi kompüterlərin 59,37%-nə quraşdırılıb. Bu halda “Windows 8.1” əməliyyat sisteminin bazar payı 2,87% təşkil edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL