waplog

“Toshiba” noutbuklar bazarını tərk edib


Yaponiyanın “Toshiba” korporasiyası “Dynabook” şirkətində malik olduğu payını sataraq noutbuk istehsalı üzrə biznesi tam tərk edib. Bu barədə “The Register” portalının məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, “Toshiba” noutbuklar bazarında ilk istehsalçılardan olub. Belə ki, Yaponiya korporasiyasının ilk qurğusu 1985-ci ildə buraxılıb. 1990-cı illərin sonunda və 2000-ci illərdə “Toshiba” yalnız noutbuklar buraxmaqla lider fərdi kompüter istehsalçıları sırasında yer alıb.

Sonradan noutbuk bazarında əsas yerləri “Dell”, “HP”, “Apple” və “Lenovo” şirkətlərinin tutması ilə əlaqədar “Toshiba” 2018-ci ildə noutbuk istehsalı üzrə bölmənin səhmlərinin əksər hissəsini digər Yaponiya istehsalçısı – “Sharp” şirkətinə satıb.

“Sharp” şirkəti “Dynabook” brendli noutbukların buraxılışına başlasa da, “Toshiba” bu şirkətin səhmlərinin 19,9 faizinə sahib olub. 2020-ci ilin avqustunda “Toshiba” bu payını “Sharp” şirkətinə satmaqla noutbuk istehsalı üzrə biznesi tam tərk edib.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL