waplog

“Vivo Y1s” smartfonu “MediaTek Helio P35” çipi ilə təchiz olunub


Çinin “Vivo” şirkəti “Funtouch OS 10.5” (Android 10 əsasında) əməliyyat sistemi və “MediaTek” prosessoru ilə təchiz edilən başlanğıc səviyyəli “Y1s” smartfonunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, yeni qurğu 1520 × 720 piksel təsvir ölçülü 6,22 düym diaqonallı “IPS” texnologiyalı “HD plus” ekranla təchiz olunub. Ekranın yuxarı hissəsində 5 meqapikselli tək ön kamera üçün kiçik damcıvari kəsik yerləşir.
  
Bundan başqa, smartfonda 2,3 QHs takt tezlikli səkkiz “ARM Cortex-A53” hesablama nüvəsini və “IMG PowerVR GE8320” qrafik kontrollerini birləşdirən “Helio P35” (MT6765) çipi tətbiq olunub.

“Vivo Y1s” smartfonu 2/3 giqabaytlıq operativ yaddaş, 32 giqabaytlıq quraşdırılmış yaddaş, “microSD” kartı üçün slot, “Wi-Fi” (2,4 QHs) və “Bluetooth 5.0” simsiz rabitə adapterləri, “Micro-USB” portu, “GPS/GLONASS” qəbulediciləri ilə təchiz edilib. Arxada işıqlandırıcıya malik 13 meqapikselli tək kamera quraşdırılıb. 

Qurğunun ölçüləri 155,11 × 75,09 × 8,28 millimetr, çəkisi 161 qramdır. Enerji 4030 milliamper/saat tutumlu akkumulyator tərəfindən təmin olunur.

“Aurora Blue” və “Olive Black” rənglərində təklif olunan “Vivo Y1s” modelinin qiyməti 110 dollar təşkil edir.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL