waplog

Konturların qiyməti ni kim artırıb?!


Son vaxtlar paytaxt ərazisində mobil telefon kartlarının bahalaşması müşahidə olunur. Məsələn, “Sahil” metrostansiyasının çıxış və girişində səyyar şəkildə kontur satışı ilə məşğul olanlar sim konturların qiymətini 10-20 qəpik artırıblar.

Şəhərdə keçirdiyimiz reyd zamanı oxşar vəziyyətin bəzi marketlərdə də müşahidə edildiyini gördük. Satıcılar isə bunu səbəbini konturu mobil operator şirkətlərindən baha almaları ilə izah etdilər.

Öyrəndik ki, 1 manata olan sim kart 1 manat 10 qəpiyə, 2 manatlıq sim kart 2 manat 10 qəpiyə,  3 manatlıq kart isə 3 manat 20 qəpiyə satılır.

Onu da deyək ki, qiymət artımı ölkədə fəaliyyətdə olan hər üç mobil operatorun konturlarının qiymətinə şamil olunur. Kənardan apardığımız müşahidə zamanı alıcıların  buna etiraz etməsinin şahidi olsaq da, məcbur qalıb konturu baha qiymətə alanlar çoxdur.

Mobil operatorlar isə bu halların onların imicinə zərər vurduğunu bildirirlər.Azercell Telekom MMC –dən bildirildi ki, konturların qiymətində şirkət heç bir artım etməyib. Əgər belə olsaydı öncədən əhaliyə xəbərdarlıq edilərdi: “Azercell-in sim kartlarının üzərində qiyməti yazılıb.

Əhalinin nəzərinə çatdırırıq ki, göstəriləndən əlavə kontura pul verməsinlər və bu kimi hallarla bağlı Azercell-in rəsmi satış məntəqələrinə məlumat versinlər.

Bakcell şirkətindən də oxşar cavab aldıq: “Bakcell-in kartlarının qiymətində şirkət tərəfindən heç bir artım edilməyib: “Abonentlərimizə tövsiyə edirik ki, sim konturları yalnız Bakcell-in rəsmi satış məntəqələrindən,  diler və distribütor şəbəkəsindən alsınlar.

Bu barədə abonentlər tərəfindən şirkətə məlumat daxil olarsa tədbir görüləcək. Bunun üçün abonentlərdən xahiş olunur ki, konkret ünvan göstərmək şərti ilə rəsmi dillərimizə məlumat versinlər”. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL