“Honor Hunter” oyun noutbukları hazırlanır
Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkətinə məxsus “Honor” markası yeni seriyalı portativ kompüterlərin hazırlanmasını bildirən rəsmi təsvirləri dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, söhbət “Hunter” seriyalı oyun noutbuklarından gedir. Bundan əvvəl internetdə noutbukların gözlənilən nümayişi barədə məlumatlar dərc olunub, indi isə bu informasiya tərtibatçı tərəfindən təsdiqlənib.
Şəkillərdə gələcək oyun mobil sistemlərinin loqotipi nümayiş olunur. Qurğular nazik korpusa malik olacaq və effektiv soyutma sistemi ilə təchiz ediləcək.
Qeyri-rəsmi məlumatlara görə, noutbuklar “AMD” aparat platforması üzərində qurulacaq. Həmçinin səkkiznüvəli qabaqcıl “Ryzen 7 4800H” prosessorunun, eləcə də “NVIDIA” qrafik sürətləndiricisinin tətbiq ediləcəyi ehtimal olunur.
15,6 düym diaqonallı “Honor Hunter” portativ oyun kompüterlərinin nümayişi yaxın vaxtlara planlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL