waplog

“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?


Altıncı nəsil mobil rabitə şəbəkəsi üzrə pilot layihə 2026-cı ildə istifadəyə veriləcək. Bu barədə “BusinessKorea” nəşrinin Cənubi Koreya hökumətinə istinadən məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, pilot layihənin işə salınma tarixini nazirlərlə keçirilən görüşdə ölkənin Baş naziri Çon Se Qyun açıqlayıb. Onun sözlərinə görə, “6G” şəbəkəsinin qurulması qabaqcıl texnologiyaların inkişafına, lazımi standartların təmin edilməsinə və patentlərin qeydiyyata alınmasına əsaslanır. Planın həyata keçirilməsi üçün Cənubi Koreya büdcəsindən beş il ərzində 200 milyon von ayrılacaq. Maliyyələşməyə 2021-ci ildən etibarən başlamaq nəzərdə tutulur.
 
Baş nazir qeyd edib ki, hökumətin “6G”nin qurulmasında standartın yüksək məhsuldarlığı və yüksək dəqiqliyinin daxil olduğu 10 strateji vəzifənin həllinə təkid edəcək. Yeni texnologiyalar qeydiyyata alındıqdan sonra 2026-cı ilin əvvəlində hökumət tərəfindən dövlətin hazırkı şəbəkə infrastrukturunun modernləşdirilməsi üzrə layihənin istifadəyə verilməsi planlaşdırılır. Əvvəlcə rəqəmli səhiyyə, immersiv kontent (konfransların məruzəçilərin şəxsi iştirakı olmadan təşkili imkanı), sürücüsüz avtomobillər, “ağıllı” şəhərlər və “ağıllı” istehsal kimi beş əsas sahədə infrastruktur modernləşdiriləcək.
 
Layihə müəllifləri ümid edir ki, “6G”də məlumat ötürmə sürəti saniyədə 1 terabayta çatacaq ki, bu da “5G” şəbəkəsindən 5 dəfə sürətlidir. Yeni standart siqnalın simsiz üsulla ötürülməsi zamanı 0,1 millisaniyəyədək, simli üsulla isə 5 millisaniyəyədək gecikmə ilə fərqlənəcək. Altıncı nəsil mobil rabitə şəbəkəsi Yer səthindən 10 kilometr yüksəklikdə fəaliyyət göstərəcək.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL