waplog

Braziliya startapı dronların köməyi ilə qida məhsullarının çatdırılmasına başlayıb


Braziliya şirkəti dronların köməyi ilə qida məhsullarının çatdırılmasına icazə alıb. Sınaqlar uğurlu olduğu halda pilotsuz uçan aparatlar ölkənin 200 şəhərinə qida məhsulları daşıyacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, Braziliyanın “iFood” startapı pilotsuz uçan aparatlardan istifadəyə əsaslanan eksperimental uçuşlara başlamaq üçün Braziliyanın Milli Mülki Aviasiya Agentliyindən (ANAC) icazə alıb. Startap qida məhsullarını çatdıracaq.
 
“iFood” startapının tərəfdaşları olan “Speedbird Aero” və “AL Drones” icazənin alınmasına təxminən 1 il vaxt sərf ediblər. Şirkətlər ANAC-ın iştirakı ilə layihə çərçivəsində sınaq uçuşları keçiriblər və avqustun 5-də eksperimental uçuşlar üçün sertifikat əldə ediblər.
 
2020-ci ilin sonunadək eksperimental uçuşlar iki müxtəlif senari üzrə həyata keçiriləcək. Pilotsuz təyyarələr logistik əməliyyatın effektivliyinin artırılması üçün nəzərdə tutulub: avadanlıq çatdırılma marşrutunun birinci mərhələsini yerinə yetirəcək, bundan sonra kuryer məhsulu çatdıracaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL